Cəmiyyət

Əlilliyi olan şəxslərə reabilitasiya vasitələri evlərində təqdim olundu

Sharing is caring!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bölgələrdəki əlilliyi olan şəxslərə reabilitasiya vasitələrini yaşadıqları yerlərə apararaq təqdim edir.

Oxu.Az xəbər verir ki, agentlik bu dəfə Xaçmaz rayonunda yaşayan bir qrup əlilliyi olan şəxsə ehtiyac duyduqları reabilitasiya vasitələrini ünvanlarına apararaq təqdim edib.

Onlara ümumilikdə 20 reabilitasiya vasitəsi, o cümlədən bir qisminə təkərli oturacaqlar verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir