Cəmiyyət

17 binadakı istilik sistemi ilə bağlı problem aradan qaldırıldı

Sharing is caring!

Bakıda Nizami rayonunda istilik sistemində baş verən nasazlıq aradan qaldırılıb. 

Bu barədə Oxu.Az-a “Azəristiliktəchizat” ASC-dən məlumat verilib.

Bildirilib ki, təmir işləri yekunlaşıb. 

Qeyd edilib ki, istilik xəttinin doldurulması başlanıb, yaxın dəqiqələrdə binaların istilik təchizatı tam bərpa ediləcək, artıq sistemə su verilib.

Xatırladaq ki, qarlı hava şəraiti ilə əlaqədar Nizami rayonunda istilik xəttində qeydə alınan axıntı nəticəsində 17 binanın istilik təminatında fasilə yaranmışdır.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir