Cəmiyyət

Bakıda məhkum müstəntiqi məhkəməyə verdi

Sharing is caring!

Bakıda məhkum üç nəfəri xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib.

Lent.az xəbər verir ki, hazırda həbsxanada cəza çəkən T. Abdullayev N. Hüseynov, H. Hüseynova və V. Məhərrəmovu məhkəməyə verib.

Onun iddiasına görə, 2019-cu ildə, istintaq zamanı N. Hüseynov və H. Hüseynova onu söyüb. Bu zaman işi aparan müstəntiq V. Məhərrəmov T. Abdullayevin təhqir olunmasına mane olmayıb.

Şikayət olunan hər üç şəxs barəsində Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə cinayət işi başlanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir