Siyasət

Overçuk: “Rusiya, Azərbaycan və Ermənistan işçi qrupunun görüşünün yeri və vaxtı razılaşdırılır”

Sharing is caring!


Rusiya Federasiyası, Azərbaycan və Ermənistan üçtərəfli işçi qrupunun növbəti görüşünün vaxtı və yeri üç ölkənin baş nazir müavinlərinin məsləhətləşmələrindən sonra müəyyənləşəcək.

Bu barədə cümə günü Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.

“Bu gün Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası baş nazirlərinin müavinləri arasında üçtərəfli işçi qrup çərçivəsində Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpası məsələsi üzrə intensiv məsləhətləşmələr aparılır. Üçtərəfli işçi qrupun növbəti görüşünün yeri və vaxtı ilə bağlı yekun qərar məsləhətləşmələrdən sonra qəbul olunacaq”, –  deyə Overçuk bildirib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir