Cəmiyyət

İsa Həbibbəylidən AMEA-da struktur islahatları haqda TAPŞIRIQ

Sharing is caring!

Yanvarın 5-də AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin sədrliyi ilə cari ildə Akademiyanın qarşısında duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

Akademiyadan verilən xəbərə görə, AMEA-nın Rəyasət Heyəti üzvlərinin iştirakı ilə keçirilən tədbirdə akademik İsa Həbibbəyli müzakirəyə çıxarılan məsələlərdən danışıb.

İsa Həbibbəyli qeyd edib ki, “Heydər Əliyev İli” çərçivəsində Akademiyada həyata keçiriləcək tədbirlərlə bağlı AMEA-nın Rəyasət Heyətinin üç iclasında müzakirələr aparılıb, keçiriləcək elmi konfranslar və çap ediləcək nəşrlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

Tədbirdə Akademiya rəhbəri, həmçinin AMEA-da 2023-cü ildə keçiriləcək struktur islahatları və diqqət mərkəzinə çəkilməsi əhəmiyyətli olan elmi problemlər haqqında da tapşırıqlar verib. Akademiyada elektron sənəd dövriyyəsinə keçid, problem şuralarının fəaliyyətinin optimallaşdırılması, yekun elmi hesabatların müzakirələrinin miqyasının genişləndirilməsi və sair kimi məsələlər ətrafında da müzakirələr aparılıb.

Müşavirədə AMEA Rəyasət Heyətinin üzvləri müzakirəyə çıxarılan məsələlər ətrafında fikir və mülahizələrini bildiriblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir