Cəmiyyət

Ağstafada üç bacı dəm qazından zəhərlənib

Sharing is caring!

Ağstafada üç bacı dəm qazından zəhərlənib.

“Report”un əldə etdiyi məlumata görə, hadisə yanvarın 4-də rayonun Həsənsu kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakinləri olan bacılar – Məmmədova Nərmin Rasim qızı, Məmmədova Zeynəb Rasim qızı və Məmmədli Fatimə Rasim qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.

Daha sonra rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri şəxslərin izahatları alınıb, həmin şəxslər məhkəmə-tibbi ekspertizadan keçiriliblər.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir