Cəmiyyət

Xaçmazda avtomobil piyadanı vuraraq öldürdü

Sharing is caring!

Xaçmaz rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

“Report”un xəbərinə görə, rayonun Qaradağlı kənd sakini, 1967-ci il təvəllüdlü Neymətov Ziyad Baba oğlu yolu keçərkən VAZ-2108 markalı minik avtomobili onu vurub.

Yaralı hadisə yerində dünyasını dəyişib.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir