Cəmiyyət

Nazirdən vəfat edən rəisin yerinə YENİ TƏYİNAT – FOTO

Sharing is caring!

Fövqəladə Hallar Nazirliyinin (FHN) Rəqəmsal Texnologiyalar və İnnovasiyaların İnkişafı Baş İdarəsinə rəis təyin edilib.

“Qaynarinfo” xəbər verir ki, nazir general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə bu vəzifəyə Teymur Rəhimov təyinat alıb.

Xatırladaq ki, bu ilin sentyabr ayında Rəqəmsal Texnologiyalar və İnnovasiyaların İnkişafı Baş İdarəsinin rəisi, polkovnik Elçin Mirzəxanov 55 yaşında qəfildən vəfat edib. Ötən ilin noyabr ayına qədər onun vəzifəsini sözügedən Baş idarənin rəisinin birinci müavini Nicat Əliyev icra edirdi.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir