Cəmiyyət

DYP bayram günləri ilə bağlı sürücülərə ÇAĞIRIŞ ETDİ

Sharing is caring!

Bakı Dövlət Yol Polisi İdarəsi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində vətəndaşları şəxsi nəqliyyat vasitələrindən az istifadə etməyə çağırır.

Bu barədə Oxu.Az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, bayram günlərinin təhlükəsizlik şəraitdə keçirilməsi məqsədilə paytaxtın mərkəzi küçə və prospektlərində, xüsusəndə Azneft, Dənizkənarı bulvar – Neftçilər prospekti boyunca kəsişən digər yollarda avtomobillərin intensiv hərəkətini nəzərə alıb şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi və ən əsası dayanma və durma tələblərinə ciddi şəkildə riayət edilməsi tövsiyə edilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir