Cəmiyyət

Bakıda doqquzmərtəbəli yaşayış binasında yanğın olub

Sharing is caring!

Bakıda yaşayış binasında yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, paytaxtın Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 50 kvadratmetr olan 2 otaqlı mənzilin bir otağının və eyvanının yanar konstruksiyaları 16 kvadratmetr sahədə, 3-cü mərtəbəsində ümumi sahəsi 50 kvadratmetr olan mənzilin eyvanının yanar konstruksiyaları 4 kvadratmetr sahədə və pilləkən qəfəsində ümumi sahəsi 2 kvadratmetr olan köməkçi tikili yanıb.

“Hər iki mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”,- deyə məlumatda qeyd olunub

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir