Gündəm Manşetüstü

Kəmaləddin Heydərovun biabır olduğu anlar: “Cənab Prezident ııı…” – VİDEO

Sharing is caring!

Son günlərdə Prezident İlham Əliyevin məmurların Şuşa şəhəri barəsində təkliflərini tənqid etməsi mətbuatda geniş yer aldı. Prezident tənqid etdiyi məmurlar arasında Kəmaləddin Heydərovun da adını çəkdi. Fövqəladə Hallar nazirinin Prezident İlham Əliyev tərəfindən tənqid edilməsi sözün əsl mənasında rezonans yaratdı. Amma bu ilk belə hal deyil.

XəbərAl.az xatırladır ki, Kəmaləddin Heydərov Heydər Əliyevin Prezidentliyi dövründə ulu öndər tərəfindən də tənqid olunmuşdu. O zaman Dövlət Gömrük Komitəsinin sədri olan K.Heydərov Heydər Əliyevin keçirdiyi müşavirə zamanı çıxışa başlayır və Prezidenti mədh edən cümlələri ard-arda düzür. Bu zaman Heydər Əliyev onun çıxışını saxlayır. Hazırda problemlərdən və onların həllərindən danışmaq lazım olduğunu Komitə sədrinə sərt sözlərlə xatırladır. 

Özünü itirən K.Heydərov nala-mıxa vurmaqla birtəhər çıxışına davam etməyə çalışır və Heydər Əliyev onu bir neçə dəfə ciddi tənqid edir.

Kəmaləddin Heydərovun biabır olduğu həmin görüntüləri təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir