Cəmiyyət

On nəfərlik ailə 30 ildir birotaqlı evdə yaşayır – Niyə yardım göstərilmir?

Sharing is caring!

Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində səkkiz uşağı olan ailə otuz ildir ki, birotaqlı evdə çətin vəziyyətdə yaşayır. 

Oxu.Az xəbər verir ki, bu barədə “Facebook” istifadəçisi məlumat paylaşıb. Onun sözlərinə görə, ailə Laçından məcburi köçkündür və hazırda uşaqlardan üçü xəstəlikdən əziyyət çəkir:

“İmkansız ailələrin uşaqları üçün 1 manat” aksiyası çərcivəsində dünən min manat məbləğindəki dördüncü yardımı Yeni Günəşlidə onnəfərlik ailəyə verdim. Onlar gördüyünüz bu birotaqlı evdə qalırlar, özü də 30 ildir. Laçından məcburi köçkündürlər. Ata, ana və səkkiz uşaq var. Ən balacanın altı yaşı var, xəstəlikdən əziyyət çəkir, uşaq körpə olanda o qədər ac qalıb ki, xroniki xəstəlik yaranıb. Əkiz olan iki oğlan uşağının isə gözlərində problem var, əməliyyat olunmalıdırlar”.

Ailənin qızlarından biri ərə getsə də, bir müddət sonra şiddət gördüyü üçün boşanıb, hazırda hamilədir və o da valideynləri ilə birgə yaşayır. Ata ilə ana dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, müsbət cavab almayıblar:

“Ən böyük uşağın 22 yaşı var, oğlandır, texnikumda oxuyur, həm də ofisiant işləyir. Ata çayxanada çayçı işləyir, ana da vaxt etdikcə oraya qabyuyan kimi gedir. Evin vəziyyətinə baxın, hər şey çox acınacaqlıdır, dəhşət bir şeydir. Dövlət qurumlarına necə ildir müraciət etsələr də, cavab ala bilmirlər”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir