Cəmiyyət

Salyanda gənc oğlan bacısına görə özünü yandırdı

Sharing is caring!

Salyanda gənc oğlan bacısına görə özünü yandırıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, rayon sakini 2001-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş P.Məhərrəmov dekabrın 29-u saat 11 radələrində Salyan RPŞ-nin qarşısına gələrək 2003-cü il təvəllüdlü bacısının narkotik maddə istifadəçiləri ilə birlikdə evdən çıxıb getməsi səbəbindən üzərinə yanacaq tökərək özünü yandırıb.

P.Məhərrəmov dərhal polis şöbəsinin əməkdaşları tərəfindən mərkəzi xəstəxanaya çatdırılıb.

Faktla bağlı Salyan rayon prokurorluğunda araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir