İqtisadiyyat

İSB-nin İcraçı direktoru: “İcbari avtosığortanın elektronlaşdırılması sürətləndirilir”

Sharing is caring!

“Avtomobillərin icbari sığortasının ənənəvi qaydadan elektron formaya keçidinin sürətləndirilməsi sığorta bazarında xaos yaratmayacaq”.

Oxu.Az xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında İcbari Sığorta Bürosunun (İSB) İcraçı direktoru Rəşad Əhmədov məlumat verib.

Onun sözlərinə görə, hazırda bütün dünyada xidmətlər elektronlaşdırılır:

“Azərbaycanda da Mərkəzi Bankın tələbi əsasında sığorta şirkətləri yanvar ayının 21-dən etibarən avtomobillərin icbari sığortasının onlayn şəkildə həyata keçirilməsini təmin etməlidir. Avtomobillərin icbari sığortasının elektron satışının həyata keçirilməsi əlçatanlığı daha da artıracaq”.

“İcbari avtosığortanın elektron qaydada həyata keçirilməsi prosesi, sığorta şirkətlərinin davranışları izləniləcək. Hazırda Azərbaycan Mərkəzi Bankı monitorinqlər vasitəsilə prosesi izləyir”, – deyə R.Əhmədov qeyd edib.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir