Dünya

Maskın Putinlə söhbəti barədə yalanının üstü açılıb

Sharing is caring!


“Tesla”, “SpaceX” və “X” sosial şəbəkəsinin sahibi, milyarder İlon Mask Pentaqonun keçmiş rəhbərinin müavini Kolin Kala və daha bir neçə nəfərə 2022-ci ilin payızında Rusiya Prezidenti Vladimir Putinlə danışdığını deyib.

Bu barədə “The New Yorker” öz mənbələrinə istinadla xəbər verib.

Maskın özü bu söhbəti təkzib edib və Putinlə Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlamazdan əvvəl söhbət etdiyini bildirib.

Lakin Kal amerikalı milyarderin ötənilki görüşü etiraf etdiyi iddiasındadır. Onun sözlərinə görə, Maskın Putinlə şəxsən danışdığını deməsi Pentaqon rəsmilərini məyus edib.

“O dedi: “Mənim Putinlə əla söhbətim oldu”. Biz də düşündük ki, bu heç də yaxşı deyil”, – Pentaqonun keçmiş rəsmisi bildirib.

Qeyd olunur ki, Putinlə söhbət əsnasında Ukrayna qoşunlarının əks-hücuma keçdiyi ərazilərdə “Starlink” peyk terminallarının bağlanması probleminə toxunulub.

“Mənim qənaətimə görə, Mask Ukrayna ordusunun “Starlink”dən istifadəsinə Rusiyanın yardım kimi baxmasından narahat idi”, – Kal əlavə edib.

Daha bir neçə mənbə nəşrə Maskın Putinlə söhbətini etiraf etdiyini bildirib.

Onlardan bəziləri 2022-ci ilin payızında biznesmenin dəfələrlə Ukraynanın Rusiya ilə danışıqlar aparmasının zəruriliyindən danışdığını xatırladıb.

Mənbə: RBK

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir