Cəmiyyət

Sabiq deputata məxsus şirkətin büdcəyə 100 minlərlə vergi borcu var – TƏFƏRRÜAT

Sharing is caring!

Sabiq deputat Hacı Salayevə məxsus “Trust-S.S.” MMC-nin (VÖEN – 1300271661) dövlət büdcəsinə böyük həcmdə – 465 651 manat 30 qəpik vergi borcu var.

Yeniavaz.com xəbər verir ki, “Trust-S.S.” MMC 29.10.2002-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Yasamal rayonu, Şəhriyar, ev 51, mərtəbə 6, mənzil 2-də yerləşən şirkətin nizamnamə kapitalı 10 manat təşkil edir.

Qanuni təmsilçisi Eyvazov Azad Fərman oğlu olan “Trust-S.S.” MMC-yə daha əvvəl Hacı Salayevin özü rəhbərlik edib. 

2010-cu və 2015-ci illərdə 44 saylı Sumqayıt-Abşeron seçki dairəsindən deputat seçilən Hacı Salayev eyni zamanda fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olan “Gilan Holdinq”ə bağlı “Az Kommunal Servis” ASC-nin (VÖEN – 1401752761) idarə heyətinin sədri olub.

Onu da bildirək ki, polkovnik rütbəsi daşıyan Hacı Salayevin qardaşı – general-mayor Baba Salayev FHN Akademiyasının rəisidir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir