Cəmiyyət

Bir qazi müalicə üçün Türkiyəyə göndərilib, digəri Vətənə qayıdıb – FOTO

Sharing is caring!

Ağır yaralanan qazimiz Namazov Həbib Aydın oğlu Türkiyədəki müalicəsini tamamlayaraq Vətənə qayıdıb.

Bu barədə YAŞAT Fondu məlumat yayıb.

Bildirilib ki, təqdim olunan həkim rəyinə əsasən, onun müalicəsi ölkəmizdəki ixtisaslaşmış tibb müəsissəsində davam etdiriləcək.

Ağır yaralılardan olan Ağayev Elsevər Sərvan oğlu isə müalicə məqsədilə Türkiyəyə göndərilib.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, bu günə qədər 178 qazi müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 157-sinin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir