Cəmiyyət

Şamaxının şəhid adına yaraşmayan palçıqlı küçələri – VİDEO

Sharing is caring!

Şamaxının şəhid Adil Zülfüqarov və şəhid Qurban Namazəliyev adına olan küçələrinin yolları illərdir ki, yararsız vəziyyətdədir.

Sakinlərin sözlərinə görə, sözügedən küçələr bu günə qədər asfalt üzü görməyiblər. Problemlə bağlı dəfələrlə müraciət etsələr də, onların şikayətinə baxılmayıb.

Sakinlər onu da qeyd ediblər ki, palçıqlı yollarla məktəbə gedən uşaqlar iki cüt ayaqqabıdan istifadə etmək məcburiyyətində qalırlar. Bütün bunlar da hamısı deyil. Küçələrin adını bildirən bir lövhə belə yoxdur. Ərazidə olan dalan və kəsişmələrə görə isə kimsə bu ünvana üz tutmaq istəmir.

Məsələ ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyətindən bildirilib ki, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq qeyd olunan küçələrin asfaltlanması yaxın zamanda mərhələli şəkildə təmin olunacaq. Asfaltlanma işi bitdikdən sonra isə lövhələr asılacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir