Cəmiyyət

“Shusha – The Pearl of Karabakh” adlı seminar keçirilib – FOTO

Sharing is caring!

Gənclər Təşkilatlarının Resurs Mərkəzində “Şuşa ili” istiqamətində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Erasmus Tələbə Şəbəkəsi – Azərbaycan” İctimai Birliyi tərəfindən “Discovering Shusha with International Students in Azerbaijan” layihəsi çərçivəsində Azərbaycanda təhsil alan əcnəbi tələbələr və gənc doktorantlar üçün “Shusha – The Pearl of Karabakh” adlı seminar baş tutub.

Seminarı giriş sözləri ilə açan təşkilatın layihələr üzrə meneceri Kübra Rəsul “Discovering Shusha with International Students in Azerbaijan” layihəsinin məqsəd, hədəfləri və gələcək fəaliyyətləri barəsində iştirakçılara məlumat verib. Daha sonra sözügedən seminarın spikeri, tarix üzrə fəlsəfə doktoru, ADA Universitetinin dosenti Gülanə Əliyeva seminar iştirakçılarını Qarabağın tarixi, mədəniyyəti, Şuşa şəhərinin Qarabağın ümumilikdə Azərbaycanın tarixində və mədəniyyətində oynadığı rol haqqında ətraflı məlumatlandırıb və onların mövcud suallarını cavablandırıb.

“Şuşa ili”nə həsr olunmuş sözgedən layihənin məqsədi, ölkəmizdə təhsil alan əcnəbi tələbələri və gənc doktorantları Şuşanın tarixi və mədəniyyəti haqqında ətraflı məlumatlandırmaq, onların Şuşada gedən bərpa-quruculuq işləri ilə yaxından tanış olmalarına şərait yaratmaq və Şuşa haqqında sosial mediada, internetdə ingilis dilində məzmunu zənginləşdirilməkdir. Layihənin fəaliyyət planına uyğun olaraq ölkəmizdə təhsil alan əcnəbi tələbələrin və gənc tədqiqaçıların iştirakı ilə Şuşa şəhərinə ekskursiya, Şuşa haqqında esse (bloq) yarışması və “Shusha Cultural Night” adlı mədəni gecə də təşkil olunacaq. Layihədə ümumilikdə 150-dən çox əcnəbi tələbənin (gənc tədqiqatçının) fiziki olaraq iştirak etməsi və 1000-dən çox əcnəbi tələbənin (gənc tədqiqatçının) sosial media vasitəsi ilə Şuşa haqqında məlumatlandırılması nəzərdə tutulub.

Xatırladaq ki, “Erasmus” Tələbə Şəbəkəsinin Azərbaycan nümayəndəliyi 2016-ci ildə təşəbbüs qrupu olaraq yaradılıb, 2019-cu ildə isə rəsmi qeydiyyata alınıb. Birliyin əsas fəaliyyət sahəsi gənclərin “Erasmus+” və digər proqramlar vasitəsilə xaricdə təhsil almasına və təcrübə qazanmasına dəstək olmaq, “Erasmus+” proqramının məzunları arasında əlaqə yaratmaq, beynəlxalq könüllülük proqramlarını təşviq etmək, inklüziv təhsilin inkişafına töhfə vermək, əcnəbi tələbə gənclərin ölkəmizdə sosial və mədəni inteqrasiyasına yardım etməkdən ibarətdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir