Cəmiyyət

Professor Kamran Musayevə Harvard Tibb Məktəbinin diplomu təqdim olundu – FOTO

Sharing is caring!

Professor Kamran Musayev Harvard Tibb Məktəbinin təşkil etdiyi “Cərrahlar üçün idarəçilik proqramı”nda iştirak edib.

AZƏRTAC xəbər verir ki, proqramı uğurla başa vuran tanınmış ürək-damar cərrahına Harvard Tibb Məktəbinin diplomu təqdim olunub.

“Cərrahlar üçün idarəçilik proqramı” müasir səhiyyə idarəçiliyi sahəsində Harvard Tibb Məktəbinin təşkil etdiyi təhsil proqramıdır. Dünyanın müxtəlif ölkələrindən aparıcı cərrahlar ön seçimdən sonra proqrama qəbul olunurlar. 2021-2022-ci tədris ilində həyata keçirilən proqramda səhiyyə idarəçiliyi, keyfiyyətə nəzarət, idarəetmənin metodologiyaları, müasir texnologiyaların səhiyyə idarəçiliyində tətbiqi kimi mövzularda nəzəri və praktiki biliklər paylaşılıb.

“İki il davam edən proqram müddətində Harvard Tibb Məktəbinin professorlarının nəzarətində müstəqil layihələr işləyib hazırladıq. Təhsil proqramının hər mərhələsində ayrı-ayrı imtahanlarla qiymətləndirmədən keçdik, proqramın bütün nəzəri və praktiki mərhələlərini uğurla başa vurduq”, – deyə professor Kamran Musayev proqram haqqında öz təəssüratlarını bölüşüb.

Qeyd edək ki, professor Kamran Musayev dünyanın ən nüfuzlu təhsil müəssisəsi olan Harvard Universitetinin Tibb Məktəbi tərəfindən təşkil olunan “Cərrahlar üçün idarəçilik proqramı”ndan məzun olan ilk azərbaycanlıdır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir