Cəmiyyət

İranla sərhəddən iki kiloqram qızılı keçirmək istəyən şəxs tutuldu – FOTO

Sharing is caring!

İrandan Azərbaycana 2 kiloqramdan artıq qızıl keçirilməsinin qarşısı alınıb, saxlanılan var.

Bu barədə Oxu.Az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, dekabr ayının 24-də saat 02:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Avaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində 1 (bir) nəfər naməlum şəxsin dövlət sərhədini pozaraq Azərbaycan Respublikası istiqamətinə doğru hərəkət etməsi sərhəd naryadı tərəfindən müşahidə edilib.

Həyata keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhəd pozucusu təqib olunaraq saxlanılıb. Saxlanılan şəxsin Yardımlı rayonu­nun Avaş kənd sakini 1989-cu il təvəllüdlü Babayev Taryel Səfər oğlu olması müəyyənləşdirilib.

Sərhəd pozucusunun üzərinə baxış keçirilərkən 2 kiloqram 300 qram qızıla bənzər zinət əşyaları aşkar oluna­raq götürülüb.

Fakt üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir