Cəmiyyət

Bakı-Quba yolunda baş verən qəzada bir nəfər öldü

Sharing is caring!

Bu gün Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə magistralın 72-ci kilometrində qeydə alınıb.

Quba rayon sakini 1955-ci il təvəllüdlü Şakir Qafarovun idarə etdiyi “Ford” markalı avtomobil maneəyə çırpılıb. Qəza nəticəsində sürücü dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir