Cəmiyyət

Rusiyalı bloqer İslam Hüseynov: “Qarabağa getdim və hər şeyi öz gözlərimlə gördüm, şoka düşdüm” – VİDEO

Sharing is caring!

“Qarabağa getdim və ermənilərin etdiklərindən şoka düşdüm”.

Bunu məşhur rusiyalı bloqer İslam Hüseynov deyib.

Bloqer Qarabağa səfər edib və bu barədə öz “YouTube” kanalında video paylaşıb.

“Qarabağ iki ildə necə dəyişib? İki il ərzində Azərbaycanın Qarabağ bölgəsində yeni tikililər ucaldılıb. İşğalçılar 30 il ərzində görməli yerləri dağıdıb, qarət edib, tarixi binaları erməniləşdirməyə cəhd ediblər. Mən Qarabağa gəldim və hər şeyi öz gözlərimlə gördüm, ona görə də bu videonu sizinlə paylaşmaq istəyirəm.

Mən separatçılar tərəfindən qarət edilmiş və məhv edilmiş şəhərləri ziyarət etdim. Bütün evləri qarət ediblər. Minalanmış sahəyə düşmək təhlükəsi yaşadım. Hər yeri minalayıblar. Heyvanların saxlandığı məscidi gördüm. 

Ən əsası isə Qarabağda salınmış və artıq insanların məskunlaşdığı müasir kənddə oldum…”, – deyə o qeyd edib.

Daha ətraflı bloqerin süjetində:  

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir