Cəmiyyət

Ağdaşda yol qəzası olub, üç nəfər xəsarət alıb

Sharing is caring!

Ağdaş rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, hadisə rayonun Yuxarı Ləki kəndi ərazisində qeydə alınıb.

Rayon sakini Teymur Hacıyevin idarə etdiyi VAZ-21011 və Musa Məmmədovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub.

Nəticədə VAZ-ın sürücüsü, eləcə də iki sərnişini – 2002-ci il təvəllüdlü Elmin Kazımov və 2005-ci il təvəllüdlü E.Əsgərzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir