Cəmiyyət

Beyləqanda 49 yaşlı kişi qətlə yetirildi

Sharing is caring!

Beyləqan rayonunda 49 yaşlı kişi qətlə yetirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə dekabrın 23-də saat 16:10-da baş verib.

Belə ki, Beyləqan rayonunda 1973-cü il təvəllüdlü Kamil Fərzəliyevin bıçaqla öldürülməsi barədə polisə məlumat daxil olub.

Beyləqan RPŞ əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1978-ci il təvəllüdlü Rafiq Əliyev saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir