Cəmiyyət

Bakıda əmisi oğlunu döyəni bıçaqlayan şəxsə hökm oxundu

Sharing is caring!

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa az ağır zərərvurmada təqsirləndirilən Vəli Məmmədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, dörd il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 28 avqust 2022-ci il tarixdə, saat 21 radələrində V.Məmmədovun yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində qeydə alınıb.

Belə ki, zərərçəkmiş Lətif Əliyevlə (şərti) təqsirləndirilən şəxsin əmisi oğlu Qalib Məmmədov (ad şərtidir) dava ediblər. Lətif Qalibi döyüb. Buna görə də Vəli Lətiflə mübahisə edib. Lətif Vəlinin çənəsinə yumruqla vurub. Vəli isə ona bir bıçaq zərbəsi endirib.

Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir