Cəmiyyət

Goranboyda sərxoş kişi baba və nəvəyə xəsarət yetirdi

Sharing is caring!

Goranboyda yaşlı kişi və nəvəsinə həmyerliləri tərəfindən xəsarət yetirilib.

“Report” xəbər verir ki, hadisə rayonun Qarasüleymanlı kəndində qeydə alınıb.

Kənd sakinləri, 1999-cu il təvəllüdlü M.Mahmudov və onun babası 1943-cü il təvəllüdlü V.Nəbiyev mübahisə zəminində müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Hadisənin onların həmkəndlisi olan şəxs tərəfindən mübahisə zəminində törədildiyi bildirilir.

Belə ki, sərxoş halda olan şəxs öncə M.Mahmudovla dalaşıb, daha sonra onları aralamağa çalışan V.Nəbiyevə də yumruq zərbələri ilə xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir