Dünya

Stoltenberq: “Ukraynada nüvə silahından istifadə münaqişənin xarakterini dəyişəcək”

Sharing is caring!

Ukraynada nüvə silahından istifadə bu münaqişənin mahiyyətini tamamilə dəyişəcək.

Bunu bazar günü nümayiş etdirilən NBC televiziya şirkətinə müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq deyib.

O, nüvə silahından istifadənin mümkünlüyü ilə bağlı deyilənləri “təhlükəli və məsuliyyətsiz” ritorika adlandırıb.

“Bu səbəbdən biz prezident Vladimir Putinə açıq şəkildə bildirdik ki, nüvə silahından istənilən istifadə Rusiya üçün ağır nəticələrə səbəb olacaq və əlbəttə ki, münaqişənin xarakterini dəyişəcək”, – o qeyd edib.

“Nüvə müharibəsində qalib olmayaq”, – Stoltenberq əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir