Cəmiyyət

Bəzi onkoloji əməliyyatlar xidmətlər zərfinə daxil ediləcək

Sharing is caring!

“Hazırda onkoloji xəstəliklər tibbi xidmətlər zərfində öz əksini tapmayıb”.

APA xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi ekspertizanın texniki qaydaları şöbəsinin müdiri Səbinə Quliyeva deyib.

O bildirib ki, xidmətlər zərfinin yenilənmiş layihəsində onkoloji xəstəliklərin cərrahi müalicəsini nəzərə almağa çalışıblar:

“Amma onkoloji xəstəliklərin hamısı yox. Xoşxassəli şişlərin aradan götürülməsi üçün həyata keçirilən əməliyyatların xidmətlər zərfinə salınması üçün işlər aparmışıq. Neyrocərrahi xidmətlər üzrə bəzi şişlərin çıxarılması ilə bağlı xidmətlər də artıq yeni layihədə əksini tapıb”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir