Cəmiyyət

Bakıda tanımadığı şəxsi bıçaqlayanın cəzası azaldıldı

Sharing is caring!

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Səməndər Quliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb

Pravda.az xəbər verir ki, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun apellyasiya şikayəti qismən təmin edilib.

Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib və Səməndər Quliyevin 7 il azadlıqdan məhrumetmə cəzası 3 ilə endirilib.

İttihama görə, hadisə 11 aprel 2022-ci il tarixdə saat 22 radələrində paytaxt ərazisində qeydə alıb.

Belə ki, Səməndər Quliyev sərxoş vəziyyətdə obyektin qarşısında duran zaman Qasım Vəliyevi (şərti) yaxınlıqdakı kafedən çay gətirməyə buyurub. Bu zaman o, əvvəl Qasıma iradını bildirib və daha sonra onu bıçaqla xuliqanlıq niyyəti ilə vurub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səməndər Quliyev 7 il müddətinə azadlıqdan məhrum edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir