Cəmiyyət

Masallıda minik avtomobili “KamAZ”la toqquşub: Xəsarət alan var

Sharing is caring!

Masallı rayonunun Ərkivan qəsəbəsində “Toyota” markalı minik avtomobili ilə “KamAZ” markalı yük maşınının toqquşması nəticəsində bir nəfər yaralanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, 1 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb:

“Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində müxtəlif xəsarətlər almış şəxs zədələnmiş minik avtomobilindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir