Dünya

Gürcüstanda 43 mindən artıq şəxs vətəndaşlıqdan məhrum edilib

Sharing is caring!


Son 10 ildə 43,5 minə yaxın şəxs Gürcüstan vətəndaşlığını itirib.

Ölkənin Dövlət Xidmətləri Agentliyi xəbər verir ki, onların hamısı başqa ölkənin vətəndaşlığını alıb. Onların 57,8%-i Rusiya vətəndaşlığını qəbul edib.

2023-cü ilin yanvar-oktyabr aylarında təxminən 3 min nəfər Gürcüstan vətəndaşlığını itirib ki, onlardan 2100 nəfəri məhz Rusiya vətəndaşlığını əldə edib.

Qeyd edək ki, Gürcüstan vətəndaşı xarici dövlətin pasportunu alarkən Gürcüstan pasportunun saxlanması üçün ölkənin dövlət orqanları ilə əlaqə saxlamağa borcludur. Əks halda o, avtomatik olaraq Gürcüstan vətəndaşlığından məhrum ediləcək.

Mənbə: Sputni Georgia

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir