Cəmiyyət

“Haber Global” Xankəndi yolunda – VİDEO

Sharing is caring!

Türkiyənin məşhur “Haber Global” telekanalı Şuşadan keçən Xankəndi-Laçın yolunda azərbaycanlı aktivistlərin Ermənistanın ekoloji terroruna qarşı etiraz aksiyası ilə bağlı “Azərbaycanlılar mədənərinə sahib çıxır” başlıqlı süjet hazırlayıb. 

Süjetdə Ermənistanın Azərbaycanın faydalı qazıntı yataqlarını qanunsuz istismarı, bunun etirazlara səbəb olduğu qeyd edilir.

Bununla yanaşı, dinc etirazçıların aksiyanı yalnız gündüz yox, gecə də davam etdirdikləri diqqətə çatdırılır.

Bildirilir ki, şaxtalı soyuğa rəğmən aksiyadan vaz keçməyən etirazçılar tonqal qalayaraq, isinməyə çalışırlar. “Bu təkcə qanunsuzluq deyil, həm də ekoloji qırğındır”, – telekanal vurğulayıb.

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir