Cəmiyyət

Cəlilabadda qanunsuz kömür quyuları tapıldı – FOTO

Sharing is caring!

Cəlilabadda qanunsuz kömür quyuları aşkarlanıb.

“Report”un məlumatına görə, icra hakimiyyəti tərəfindən rayonun Fətullaqışlaq və Oğrubulaq kəndlərində ağacların qanunsuz kəsilməsi ilə əlaqədar monitorinq keçirilib.

Monitorinq zamanı məlum olub ki, Oğrubulaq kənd sakinləri Qəhrəmanov Namiq Tapdıq oğlu və Həsənov Bəxtiyar Adil oğlu Masallı Regional Meşəçilik Mərkəzinin Göytəpə meşəbəyliyinin 13 saylı meşə dolayından qanunsuz olaraq ağacları kəsərək həyətlərində primitiv üsulla düzəldilmiş kömür quyularına basdırıblar.

Araşdırma zamanı həmin şəxslərin kömür quyularına dair icazə sənədlərinin olmadığı məlum olub.

Aşkar olunmuş faktla bağlı 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən akt və protokol tərtib edilib, dolayın ərazisində Azərbaycan Respublikasının “Qırmızı kitabı”na daxil edilmiş 8 ədəd azat ağacının kəsilməsi faktı ilə bağlı toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir