Cəmiyyət

Cəlilabadda məsciddən və evlərdən oğurluq edənlər saxlanılıblar

Sharing is caring!

Cəlilabadda məsciddən və 10 yaşayış evindən oğurluq edən həmkəndlilər saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Cəlilabad rayonunun Alar kəndində yerləşən yaşayış evlərinin birindən 7 000 manat dəyərində təmir-tikinti alətləri və elektrik naqillərinin oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ocaqlı kənd sakinləri Taleh Əhmədov və Kənan İsgəndərov müəyyən edilərək saxlanılıblar. Həmin şəxslərin ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə onların Cəlilabad rayonunun ayrı-ayrı kəndlərində yerləşən ümumilikdə 10 yaşayış evi və bir məsciddən məişət əşyaları və təmir-tikinti alətləri oğurlayaraq müxtəlif ünvanlarda satdıqları müəyyən edilib.

Oğurlanan əşyaların bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb. T.Əhmədov və K.İsgəndərov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktlarla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir