Cəmiyyət

“IDDA Awards” innovasiya müsabiqəsinin qalibləri elan olunub – FOTO

Sharing is caring!

Bakıda keçirilən İllik İnnovasiya Sammiti çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təsis etdiyi “IDDA Awards” müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub.

Oxu.Az xəbər verir ki, ekosistemin ən perspektivli innovatorlarını tanıtmaq və fəaliyyətinə dəstək olmaq, ölkə innovasiyasının inkişafında aktiv iştirak edən oyunçular arasında rəqabət mühiti yaratmaq məqsədilə keçirilən müsabiqə səkkiz nominasiya üzrə aparılıb.

Bakı Konqres Mərkəzində baş tutan mərasimdə ictimai səsvermə və münsiflər heyətinin dəyərləndirmələrinin nəticələrinə əsasən müvafiq nominasiyalar üzrə qaliblərin adları açıqlanıb.

“İlin Texnoloji Mediası” nominasiyası üzrə “Technote”;
“İlin Bacarıq Gücü” nominasiyası üzrə “İnnovasiyalar mərkəzi”;
“İlin Rəqəmsal Layihəsi” nominasiyası üzrə “Əmək və Məşğulluq” altsistemi (ƏMAS);
“İlin Ekosistem Oyunçusu” nominasiyası üzrə “Innoland”;
“Ekosistemin Lokomotivi” nominasiyası üzrə Tariyel Ağazadə;
“İlin İKT Sahibkarı” nominasiyası üzrə Günay İmanzadə;
“İlin Kəşfi” nominasiyası üzrə “AYVA”;
“İlin Startapı” nominasiyası üzrə “PUSH 30” layihəsi qaliblər sırasında yer alıb.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəhbəri İnarə Vəliyeva qaliblərə mükafatları və xatirə hədiyyələrini təqdim edib.

Qeyd edək ki, 21 sentyabrda start götürən müsabiqədə nominantlar idda.awards.az saytından qeydiyyatdan keçərək namizədliklərini irəli sürüblər. Namizədlər ilkin mərhələdə ictimai səsvermədə səs toplayaraq münsif dəyərləndirməsi mərhələsinə vəsiqə qazanıblar. 

“IDDA Awards”ın münsiflər heyətinin nümayəndələri arasında BMT-nin İnkişaf Proqramının Akselerasiya Laboratoriyasının nümayəndəsi Leyla Seyidzadə, “Azercell” şirkətinin rəqəmsal həllər üzrə rəhbəri Svetlana Ağalarova, BANM-in Davamlı təhsil fakültəsinin dekanı Mehriban Nəzərova, Kaliforniya Universitetinin eksperti Rik Rasmussen, “Sukna Ventures”in investisiya komitəsinin üzvü Marvin Liao yer alıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir