Cəmiyyət

Əsgəran sakini kömək üçün azərbaycanlı hüquq müdafiəçisinə müraciət etdi

Sharing is caring!

Bu gün Əsgəran qəsəbəsinin mülki əhalisinin nümayəndəsi Laçın yolunda etiraz aksiyasının təşkilatçılarından biri olan hüquq müdafiəçisi Dilarə Əfəndiyevaya müraciət edərək, Əsgərandan olan 18 uşaq və iki müəllimin hazırda Gorusda olduqlarını və evlərinə qayıda bilmədiklərini deyib.

Bu barədə Caliber.Az məlumat verib.

Bildirilir ki, Qarabağ ermənilərinin nümayəndəsi uşaqların və müəllimlərin keçidi üçün yol verilməsini xahiş edərək, onların valideynlərinin və yaxınlarının balacalara görə son dərəcə narahat olduqlarını qeyd edib.

Qarabağ ermənilərinin nümayəndəsi müraciətində separatçıların qondarma hökumətindən şikayətlənərək onun baş verənləri əhalidən gizlətdiyi və lazımi qayğı göstərməməsindən şikayətlənib.

Dilarə Əfəndiyeva uşaqların Əsgərana keçməsi üçün hərtərəfli köməklik göstərməyə hazır olduğunu bildirib.

“Biz azərbaycanlıyıq və uşaqları millətlərə bölmürük”, – D.Əfəndiyeva deyib.

“Xatırladırıq ki, Dilarə xanımın telefon nömrəsi +994 50 311 02 33-dür, əlaqə saxlayın, sizə mütləq köməklik edəcəklər”, – deyə nəşrdə vurğulanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir