Cəmiyyət

Azərbaycanda daha 92 nəfər COVID-19-a yoluxub – FOTO

Sharing is caring!

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 92 yeni yoluxma faktı qeydə alınıb, 63 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 825 035 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 647 nəfər müalicə olunaraq sağalıb, hazırda 399 aktiv xəstə var. Bu günə qədər 9 989 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 946, bu günə qədər isə ümumilikdə 7 399 992 test icra olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir