Cəmiyyət

Artıq çəki uşaqlarda hansı xəstəliklərə yol aça bilər? – AÇIQLAMA

Sharing is caring!

“Artıq çəki istər böyüklərdə, istərsə də uşaqlarda problem yarada bilər. Valideynlər heç də düşünməsin ki, uşaqdır, kökəlsə, yaxşıdır”.  

Oxu.Az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloq Azad Əkbərzadə Nazirliyin rəsmi “Instagram” səhifəsində canlı yayımda uşaqlardakı artıq çəki ilə bağlı problemlərdən danışarkən deyib.

O bildirib ki, uşaq yaşlarında da artıq çəki problemlərə yol aça bilir:

“Artıq çəki piylənmə, insulin miqdarının artımı, qaraciyər xəstəlikləri, damar problemləri yarada bilir. Üç dəfəyə qədər digər şəxslərlə müqayisədə kök insanlarda xərçəng xəstəliyi yarana bilir. Qızlarda artıq çəki adət dövründə problemlərə gətirib çıxara, oğlanlarda da cinsi inkişafda vaxtından tez formalaşmalar başlaya bilir”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir