Cəmiyyət

Abşeronda iki avtomobil toqquşub: Ölən var

Sharing is caring!

Abşeron rayonunda avtomobillər toqquşub.

“Report”un xəbərinə görə, hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb.

Belə ki, Pirverdiyev İlham Tofiq oğlunun idarə etdiyi VAZ-2107 markalı avtomobil hərəkətdə olarkən əks zolaqda hərəkətdə olan Cavadov İbad Salam oğlunun idarə etdiyi “Hyundai Elantra” markalı avtomobillə toqquşub. Nəticədə sürücü İbad Cavadov hadisə yerində ölüb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir