Cəmiyyət

Anar Quliyev: “Əsrlərlə formalaşmış tarixi şəhərsalma mühiti pozulmamalıdır”

Sharing is caring!

“Paytaxtda tarixi mərkəzdəki tikililər qorunmalıdır, əsrlərlə formalaşmış tarixi şəhərsalma mühiti pozulmamalıdır”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbəri Anar Quliyev deyib.

O bildirib ki, həmin tarixi ərazilərdə aparılan işlər o mühitə uyğunlaşdırılmalıdır:

“İstər təmir-bərpa işləri, istərsə də yeni tikinti layihələri ətrafdakı abidələrə uyğun aparılmırsa, bunların qarşısı alınmalıdır”.

A.Quliyev onu da əlavə edib ki, şəhərin digər hissələrində də layihələndirmə işləri ilk olaraq torpaq üzərində hüquqdan başlamalıdır:

“Prosedur qanunauyğun formada, mərhələli şəkildə aparılmalıdır. Tikintiyə icazə alındıqdan sonra tikinti işləri başlamalıdır. Bizim komitə söküntü işləri aparmır. Bəzən biz yerli icra orqanlarına dəstək olmaq məqsədilə monitorinqlərdə iştirak edib, zəruri dəstək göstəririk.

Qanunsuz tikintilərə birbaşa yerli icra orqanları nəzarət etməlidirlər. Bir daha qeyd edirəm, bu barədə Fövqəladə Hallar Nazirliyinə məlumat verilməlidir. Həmin tikilinin qanunamüvafiq formada inşası mümkündürsə, o formaya salınıb, tikintinin davamına şərait yaradılmalıdır. Yox, əgər tikinti qanunamüvafiq formada deyilsə, dərhal dayandırılmalı və sökülməlidir”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir