Cəmiyyət

Cəbrayılda əkmək üçün Türkiyədən fidanlar gətirilib

Sharing is caring!

“Türkiyədən gətirilən fidanlar yaxın günlərdə Cəbrayılda əkiləcək”.

Bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdikdən sonra mətbuata açıqlamasında deyib.

O bildirib ki, Qarabağda dostluq parkları salınır:

“Heydər Əliyevin təməlini qoyduğu ķörpülər üzərindən irəliləyirik. Bu körpülər üzərindən tək millət olmaq istiqamətində addımlar atılır. Zəngilanda, Ağalı kəndində Qardaşlıq parkı salınıb. Bu cür digər dostluq, yoldaşlıq parkları salınacaq. Türkiyədən gətirilən fidanlar yaxın günlərdə Cəbrayılda əkiləcək”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir