Cəmiyyət

Bakıda süd məhsulları şirkətində yanğın olub

Sharing is caring!

Bakı şəhərinin Binəqədi rayonunda “Uzun Ömür Süd Məhsulları” MMC-nin ərazisində ümumi sahəsi 80 m² olan tikilinin dam örtüyünün taxta atmaları, içərisində bir ədəd transformator, bir ədəd generator və əşyalar (şüşə qablar, plastik taralar və.s) yanıb, bitişik ümumi sahəsi 100 m² olan talvarın lambirdən ibarət tavanı əriyib.

Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi xəbərə görə, ərazidə olan digər sexlər və anbar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir