Cəmiyyət

“Qobu Park-2”də binada yanğın başlayıb – VİDEO

Sharing is caring!

“Qobu Park-2”də yaşayış kompleksində binada yanğın başlayıb. 

Oxu.Az xəbər verir ki, yanğın yaşayış kompleksinin 12-ci binasının ikinci blokunda qeydə alınıb. Alov binanın 3-cü mərtəbəsində başlayıb. Hazırda əraziyə yanğınsöndürən və təcili tibbi yardım maşınları cəlb olunublar. Alovun söndürülməsi istiqamətində iş aparılır. 

Yanğın zamanı bir nəfər sakinin zəhərləndiyi bildirilir.

İlkin ehtimala görə, yanğın elektrik naqillərindəki qısaqapanmadan yaranıb. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir