Cəmiyyət

Fuad Nağıyev: “Turizm sahəsinin inkişafı üzrə 10 istiqamət hədəflənib”

Sharing is caring!

“Növbəti dövr üçün turizm sahəsinin inkişafı üzrə 10 istiqamət hədəflənib”. 

Oxu.Az xəbər verir ki, bunu “Azərbaycan Turizm Sammiti – 2022”də çıxışı zamanı Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib. 

Onun sözlərinə görə, istiqamətlər 2022-2026-cı illər Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasına yönəlib: 

“Bizim hədəfimiz 2026-cı ilə qədər xaricdən turist axınını 4 milyon, daxili turizmi isə 6 milyon nəfərə çatdırmaqdır. Fikrimcə, 2026-cı ilə qədər turizm gəlirləri 4 dəfə artaraq 11,2 milyard manata çatacaq. Bunun da 5,5 milyard manatı əcnəbi turistlərin payına düşəcək”. 

O qeyd edib ki, bu ilin əvvəlindən verdiyimiz proqnoz özünü doğruldub və turizm sənayesi 50 faiz bərpa olunub.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir