İdman

Hacı Əliyev: “Rəqiblərimi aldadaraq finala çıxdım”

Sharing is caring!


Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında finala yüksəlməsindən danışıb.

70 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Dünya Güləş Birliyinin rəsmi saytına açıqlamasında texnikaya üstünlük verdiyini deyib:

“Bu il ikinci yarışımdır. Məşqçilər qərara alıblar ki, dünya çempionatında (sentyabrda Serbiyanın paytaxtı Belqradda keçiriləcək – red.) 65 kq-da güləşim. Fikirləşdik ki, Avropa çempionatı üçün çəki salmağa dəyməz. Bir az çətinlik olsa da, 70 kq çəki dərəcəsində də məndə pis alınmır. Rəqiblər fiziki cəhətdən çox güclüdürlər. Onlar dörd-beş kq salmalı olurlar. Mən isə texnikaya üstünlük verərək mübarizə apardım. Rəqiblərimi aldadaraq finala çıxdım”.

Hacı Əliyev bu gün həlledici görüşdə Bolqarıstanı təmsil edən Ramazan Ramazanovla üz-üzə gələcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir