Cəmiyyət

“Yaşıl könüllülər” adlı yeni layihə davam edir – FOTO

Sharing is caring!

Azərbaycan Könüllüləri İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən “Yaşıl könüllülər” layihəsi çərçivəsində növbəti görüş baş tutub.

5 dekabr Beynəlxalq Könüllülər Gününə təsadüf edən görüşün qonağı Milli Məclisin deputatı, parlamentin İnsan hüquqları və Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Naqif Həmzəyev olub. Səmimi şəraitdə keçən görüşdə “Ətraf mühitin mühafizə olunmasında gənclərin təşəbbüslərinin artırılması” mövzusu müzakirə olunub, qonaq tərəfindən iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, 10 dekabr tarixinə qədər davam edəcək layihənin məqsədi gənclər arasında ekoloji maarifləndirmə işini genişləndirmək, gəncləri ekologiya sahəsində informasiya daşıyıcısı kimi formalaşdırmaqla onları birgə fəaliyyətə həvəsləndirmək, gəncləri ətraf mühitin qayğısına qalmağa təşviq etməklə asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaratmaqdır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir