Cəmiyyət

Gen mutasiyasından əziyyət çəkən 6 yaşlı Yunisin anası: “İndi bir ümid qapısı var” – FOTO

Sharing is caring!

6 yaşlı Aftilov Yunis dünyada az sayda uşaqda olan xəstəlikdən əziyyət çəkir.

Bu barədə Oxu.Az-a onun anası Aftilova Sevinc məlumat verib.

O bildirib ki, Yunis Rosai Dorfman, Feysalabadski (gen mutasiyası) xəstəliyindən əziyyət çəkir.

“Yunis 2017-ci ildən onkoloji xəstəlikdən əziyyət çəkir. O dünyada bu xəstəlikdən əziyyət çəkən 8-ci uşaq kimi qeydiyyata alınıb. 9 əməliyyat keçirib, dəfələrlə immunoterapiya, hormonterapiya, kimyaterapiya alıb. Hal-hazırda PET/KT aparatı ilə sümüklərində 52 şiş görülüb. Bədəni yara tökür. Burun boşluğu, hər iki çənəaltı, qasıq, qaraciyər nahiyələrində patoloji dəyişikliyi olan şişlər var. Yunisin müayinə və müalicəsi üçün Türkiyənin “Acıbadem” xəstəxanasına getməliyik. Orada onun müayinə və müalicəsi üçün 50 000 dollara ehtiyacımız var. Bu illər ərzində heç vaxt onun sağalacağına ümidimi itirməmişəm, indi isə bir ümid qapısı var, o qapının açılması üçün hər kəsdən balama dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: 055 649 37 69

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir