İdman

Azərbaycanın voleybol millisinin Avropa çempionatındakı oyunlarının vaxtı bəlli olub

Sharing is caring!

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin 2023-cü ildə keçiriləcək Avropa çempionatındakı oyunlarının təqvimi bəlli olub.

Bu barədə Azərbaycanın Voleybol Federasiyası məlumat yayıb.

Bildirilib ki,  Almaniyanın ev sahibliyi edəcəyi C qrupunda yer alan komanda mübarizəyə avqustun 18-də başlayacaq.

Ardıcıl 10-cu dəfə Avropa çempionatında iştirak edəcək yığmanın rəqibləri Almaniya, Çexiya, Türkiyə, İsveç və Yunanıstan olacaq.

Milli AVRO-2023-də ilk oyununu Çexiya kollektivinə qarşı keçirəcək. Voleybolçular bir gün sonra ev sahibləri ilə üz-üzə gələcəklər.

Qrup mərhələsinin 3-cü turunda milli Türkiyə ilə qarşılaşacaq. Yarışın növbəti günündə istirahət edəcək komanda avqustun 22-də Yunanıstanla münasibətlərinə aydınlıq gətirəcək. Yığma avqustun 23-də baş tutacaq qrupdakı son matçında isə İsveçə rəqib olacaq. Qrupda mübarizəyə bir gün sonra yekun vurulacaq.

Qeyd edək ki, qrupda ilk dörd yeri tutacaq kollektivlər növbəti mərhələyə yüksələcəklər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir