Cəmiyyət

Psixiatr Nadir Əliyev vəfat etdi

Sharing is caring!

Psixiatr, professor Nadir Əliyev vəfat edib.

Bu barədə onun həmkarı, psixiatr Aytən Namazova məlumat verib.

O bildirib ki, müəllimi olan Nadir Əliyev bu gün onkoloji xəstəlik səbəbindən vəfat edib.

Qeyd edək ki, professor Nadir Əliyev 1946-cı ildə Naxçıvanda anadan olub. O, müxtəlif illərdə 2 saylı Xüsusiləşdirilmiş Vərəm Sanatoriyası, Bakı Şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanseri, 2 saylı Psixiatrik Kliniki Xəstəxanada işləyib, dispanserin baş hәkimi olub.

Nadir Əliyev Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Psixiatriya kafedrasında fәaliyyәt göstәrirdi. Tәdqiqatları, әsasәn, müxtәlif psixi pozuntuların farmakoterapiyası üzrәdir. 150-dәn çox elmi әsәrin müәllifidir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir